Daxili İşlər Nazirliyi və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati cəriməni və nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqqı nəzarət məntəqəsində bank və ya ödəmə terminalı vasitəsilə ödəmək üçün şərait yaratmalıdırlar.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, saxlanılmış nəqliyyat vasitəsi nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə ölçülən zaman nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmamaqla yüklənməsi müəyyən edildikdə, saxlanılmış nəqliyyat vasitəsi hərəkətin davam etdirilməsi üçün dərhal onu idarə edən şəxsə qaytarılır.