Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda çalışan işçilərin hüquqlarından biri açıqlanıb.
Bu barədə Heftelik.az-a hüquqşünas Yaşar Ağazadə bildirib.
Hüquqşünas deyib ki, Əmək Məcəlləsinə görə, əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələr verilir.
İşəgötürən işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və təmirini təmin etməlidir.