Azərbaycan futbolunda nadir təsadüf olunan hadisə baş verib.
Heftelik.az xəbər verir ki, ölkə çempionatının birinci divizionunda 5 qol vuran komanda məğlub olub.
Bu, 11 qollu oyun qeydə alındığı “Turan Tovuz-2” – “Araz Naxçıvan” qarşılaşmasında yaşanıb. Tovuz şəhər stadionundakı top yağışında qonaqlar 6:5 hesabı ilə qələbə qazanıb. Bu, futbolda gec-gec rast gəlinən hesabdır.
İlk 45 dəqiqə matçın belə axarına işarə olub. Fasiləyədək komandalar hərəyə üç dəfə fərqlənib.
İkinci hissədə 6 deyil, az qol vurulub – 5 top. Amma ümumi məhsuldarlıq 11-ə çatıb. Görüşdə 2 dubl və 1 avtoqol qeydə alınıb.
I divizion
XXII tur
“Turan Tovuz-2” – “Araz-Naxçivan” – 5:6
Akif Tağıyev, 7, Elvin İsmayılov, 20, Həzrət İsayev, 29, Elçin Qasımov, 68, Abbas Ağazadə, 71 // Orxan Əliyev, 11, 88, Bayraməli Qurbanov, 13, 62, Səbayıl Bağırov, 30 (avtoqol), Fəhmin Muradbəyli, 72