Azərbaycan Fələstinin Nablus regionunda məktəb tikəcək.

Heftelik.az-ın Fələstinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat qarşısında çıxışı zamanı deyib.

O, Azərbaycan tərəfinə bu qərara görə təşəkkürünü bildirib.