İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər.
Bunu Heftelik.az-a hüquqşünas Yaşar Ağazadə bildirib.
Yaşar Ağazadə deyib ki, Əmək Məcəlləsinə görə, bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.
İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.