Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.

Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər. Cəzanın çəkilməmiş hissəsinin əvəz edilməsi zamanı məhkəmə Cinayət Məcəlləsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növünü, hər cəza növü üçün bu Məcəllə ilə müəyyən edilmiş həddə seçə bilər.