Hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbirlərin hansı hədlərdə təyin edildiyi açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbir aşağıdakı hədlərdə təyin edilir:

– böyük ictimai təhlükə törətməyən cinayətlərə görə – əlli min manatdan yetmiş beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən iki mislinədək miqdarda;

– az ağır cinayətlərə görə – yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda;

– ağır cinayətlərə görə – yüz min manatdan yüz iyirmi beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən dörd mislinədək miqdarda;

– xüsusilə ağır cinayətlərə görə – yüz iyirmi beş min manatdan yüz əlli min manatadək miqdarda, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd mislindən beş mislinədək miqdarda.

Hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz.