İnzibati xəta haqqında iş üzrə qərardada dair tələblər açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, İnzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir:
– qərardad çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;
– ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri;
– ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat;
– ərizənin, vəsatətin məzmunu;
– ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar;
– ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi.
İnzibati xəta haqqında iş üzrə qərardad onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs və vəzifəli şəxs tərəfindən imzalanır.