İnzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxs, fiziki şəxsin müdafiəзisi və ya qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər зəkmiş şəxs və ya onun nümayəndəsi onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üзün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üзün özəl məhkəmə ekspertinə və ya məhkəmə ekspertizası idarəsinə rəsmi müraciət etmək hüququna malikdirlər.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəзisinin və ya qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, zərər зəkmiş şəxsin və ya onun nümayəndəsinin sifarişi ilə ekspertiza həmin şəxslə özəl məhkəmə eksperti və ya məhkəmə ekspertizası idarəsinin rəhbəri arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keзirilir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üзün obyektləri verir.

Ekspert müqavilədə göstərilən müddətdə yazılı formada rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.