Soyqırımın törədilməsinə təhrik etməyə görə cəzalar müəyynləşib.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, bununla bağlı hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq təhrik etmə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə isə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.