Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması qaydası açıqlanıb.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, Əmək Məcəlləsinə əsasən, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən:

– pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;

– əlavə məzuniyyət verilməklə;

– əmək haqqına fərdi əlavə edilməklə;

– daha yüksək məbləğdə fərdi sığorta edilməklə;

– sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə;

– müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.