Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatı təsdiqlənib.

Heftelik.az-ın xəbərinə görə, bunu beynəlxalq dərəcəli hakim Araik Alaverdyan açıqlayıb.

O, “armenpress”ə açıqlamasında bildirib ki, Azərbaycan idmançıların təhlükəsizliyinin təmin olunması üçün rəsmi müraciət göndərib. Yarışda ölkəmizi 5 atlet təmsil edəcək.

Qeyd edək ki, İrəvandakı Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində baş tutacaq yarış aprelin 15-23-də keçiriləcək. Ermənistanın tarixində ən böyük miqyaslı turnir olan qitə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək. Yarışda 40 ölkədən 500-dən artıq idmançı qüvvəsini sınayacaq.