Sosial şəbəkədə yayılan videogörüntü martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş keçmiş təsərrüfat müdiri tərəfindən çəkilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə məktəbdən məlumat verilib.

Qeyd edilib ki, işdən azad edilməsinə baxmayaraq həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur:

“Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Qeyd edək ki, keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə su tökür və s.) narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub.

Bu kimi hallardan dərin təəssüfümüzü ifadə edir, məktəbin normal iş ahənginin qorunması üçün bütün qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.

 

***

saat 10.39

Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə direktorla işçilər arasında mübahisə yaşanıb.

Heftelik.az-ın məlumatına görə,  bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Qeyd olunur ki, məktəbin direktoru qapıları bağlatdıraraq, bir qrup müəllim və işçinin içəri daxil olmasına maneə yaradıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.