Azərbaycanda elektronnika və məişət texnikası bazarının yenidən bölünməsi prosesi davam edir.
Heftelik.az-ın Fed.az-a istinadən verdiyi məlumata görə, bazarda daha bir iri birləşmə baş verib.
Belə ki, “Music Gallery” şəbəkəsi ölkənin iri biznes-maliyyə qruplarından olan “AGA Group”a satılıb.
Əməliyyat 2022-ci ilin dekabrında yekunlaşıb və hazırda “Music Gallery” sözügedən şirkətə məxsusdur.
Qeyd edək ki, “Music Gallery” 1993-cü ildə yaradılıb və Azərbaycanda ilk məişət və elektronika texnikası üzrə mağazalar şəbəkəsi sayılır.