Rusiyadan xaricə pul köçürülməsinə tətbiq olunan məhdudiyyətlər daha altı ay uzadılıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Bankının məlumat yayıb.
Qeyd olunub ki məhdudiyyətlər bu ilin sentyabrın 30-dək qüvvədə olacaq.
Məhdudiyyətlərə əsasəm, Rusiya vətəndaşları və dost ölkələrin rezidentləri xarici bank hesablarına 1 milyon dollardan çox olmayan (və ya digər valyutalarda ekvivalenti) köçürə bilərlər.
– Pul köçürmə sistemləri vasitəsilə limit – 10 min dollardan çox olmamalıdır.
– Rusiyada işləyən qeyri-rezidentlər əmək haqqına bərabər məbləğdə xaricə vəsait köçürə bilərlər.
– Rusiyada işləməyən qeyri-rezident fiziki və hüquqi şəxslər üçün xaricə pul köçürmələri qadağandır. Rusiya vətəndaşları və ya təşkilatları tərəfindən idarə olunan xarici şirkətlər isə istisnadır.