Şamaxı rayon İcra Hakimiyyətinin şöbə müdiri Mərdan Nəhmətov sabiq deputat, politoloq Cümşüd Nuruyevi məhkəməyə verib.
Bu barədə Heftelik.az-a Şamaxı rayon icra hakimiyyətinin şöbə müdiri Mərdan Nəhmətovun vəkili Elvin Əliyev məlumat verib.
Buna səbəb son günlər bəzi onlayn media səhifələrində Cümüd Nuriyevin bir bölgənin icra hakimiyyəti başçılarını və məmurlarını, o cümlədən Şamaxı rayon icra hakimiyyətinin rəhbər vəzifəli şəxslərini digər ölkələrə xidmət etməkdə və bir sıra ağır cinayətlərdə ittiham etməsidir.
Bütün bunlar nəzərə alınaraq, Şamaxı rayon icra hakimiyyətinin şöbə müdiri Mərdan Nəhmətov tərəfindən Bakı şəhər Səbail Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət olunub.