Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ daxil olub.

Heftelik.az-ın xəbərinə görə, məsələ bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Kərimov İnam İmdad oğlunun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif edilir.

Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.

Xatırladaq ki, yaş həddi ilə əlaqədar Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb.  Milli Məclis İnam Kərimovun Ali Məhkəmənin üzvü təyin edilməsi barədə məsələni səsverməyə çıxararaq qəbul etdikdən sonra Azərbaycan Prezidentinin İnam Kərimovu Ali Məhkəmənin sədri təyin edəcəyi gözlənilir.