Son dövrdə qızılcaya yoluxma qeydə alınmayıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, mövsümlə əlaqədar olaraq suçiçəyinə yoluxma yüksəlib:
“Mövsüm sona çatdığı üçün suçiçəyinə də yoluxma artıq müşahidə olunmur”.
Qeyd edək ki, son günlərdə əhali arasında qızılca və suçiçəyinə yoluxmanın artması ilə bağlı məlumat yayılıb.