Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib.
Heftelik.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Nazirin əmrinə əsasən, Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin bundan əvvəl yaydığı açıqlamasına görə, Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.