Bakıda piyadanı vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Heftelik.az – a verilən xəbərə görə, aprelin 1-də saat 23 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Elyaz İsmayılov müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Famil Səmədov saxlanılıb.

Araşdırma aparılır.