Seçkilərdə (referendumda) iştirak etmək üçün məzuniyyət verilməsindən imtina etməyə görə cərimələr açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, dövlət və ya yerli özünüidarəetmə orqanlarına seçkilərin hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin edilməsi məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) qeydə alınmış namizədə, namizədin vəkilinə və ya seçki (referendum) komissiyasının üzvünə məzuniyyət verilməsindən imtina etməyə görə iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.