Qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə) göndərilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati həbs və ya ictimai işlər növündə tənbeh tətbiq etmə haqqında qərardan şikayət və ya protest verilməsi həmin qərarın icrasının dayandırılmasına səbəb olmur.