1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.
Heftelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.
Məsələ ilə bağlı A. Rəsulovla əlaqə saxladıq. O, işdən azad olunması ilə bağlı xəbərə “Mən heç nə deyə bilmərəm, bu barədə Səhiyyə Nazirliyindən soruşun”, – deyə reaksiya verib.
Xatırladaq ki, A. Rəsulov ötən gün bir müddət əvvəl xəstəxanaya yerləşdirilən yeniyetmə M.H. ilə bağlı açıqlama vermişdi və onun ruhi xəstə olmadığını, onu “dəlixana”ya salmağın düzgün olmadığını bildirmişdi. Həmçinin həkim xəstəxananın yeniyetməni geri qaytarmaq istədiyini, lakin 3 saylı uşaq evinin müdriyyətinin onu qəbul etmədiyini açıqlamışdı.
A. Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub.
Qeyd edək ki, bu barədə ilk məlumatı bakıvaxtı.az yayıb.