Daha bir yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən Heftelik.az-a verilən məlumata görə, Bakı-Şamaxı yolunda (Bakı şəhərinin inzibati ərazisinə düşən hissəsi) müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 70 km/saatdan 60 km/saat-a endirilib.
Qeyd olunub ki, bu dəyişiklik yol hərəkəti təhlükəsizliyi səviyyəsini qaldırmaqla bərabər, sürücülərdə çaşqınlıq yaranmamasına və lüzumsuz cərimələrdən yayınmalarına səbəb olacaq:
“Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik”.