Hüquqi və ya fiziki şəxs olan işəgötürənin mülkiyyətindəki və ya istifadəsindəki nəqliyyat vasitəsinin sürücüsü inzibati xəta törətdikdə cərimənin ödənilməsi qaydası açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, hüquqi və ya fiziki şəxs olan işəgötürənin mülkiyyətindəki və ya istifadəsindəki nəqliyyat vasitəsinin sürücüsü inzibati xəta törətdikdən sonra onun işəgötürənlə əmək münasibətlərinə xitam verilmişdirsə və inzibati xətanı törətmiş şəxs 2 ay müddətində inzibati cəriməni ödəməmişdirsə, nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilmədən, inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir.