Tanınmış sabiq prokuror Tariyel Qurbanova yüksək vəzifə verilib.
Heftelik.az-ın məlumatına görə, Tariyel Qurbanov müdafiə sənayesi nazirinin müşaviri təyin olunub. Vəkili Adəm Məmmədov faktı təsdiq edib.
Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Tariyel Qurbanovun 2023-cü il yanvarın 16-da öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Qeyd edək ki, Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.