Hazırkı Ermənistan ərazisində tarixi-mədəni abidələrimiz məhv edilir, tarixi Azərbaycan ərazi adları dəyişdirilir.
Heftelik.az xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.
“Ümumilikdə isə, 300-dən çox tarixi-mədəni abidələr sistemli şəkildə məhv edilib. Təəssüf ki, bəzən beynəlxalq təşkilatlar tərəfindən ikili standartlar tətbiq edilir. O baxımdan, bu cür birliklərin fəaliyyəti, əməkdaşlığı əhəmiyyətlidir”, – o əlavə edib.