Gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə biz fəal işləyəcəyik. Daha doğrusu, bu iş artıq başlanmışdır.

Heftelik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatı zamanı deyib.

“Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya önəmli sazişə imza atmışlar. Və bu ilin fevral ayında Bakıda Yaşıl Enerji layihəsinin birinci rəhbər komitəsinin iclası keçirilmişdir. Bu, genişmiqyaslı layihədir və əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi həm 4 ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaq, eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyanın Prezidenti imzalama mərasimində də iştirak etmişdir”, – Prezident qeyd edib.