Cənab Baş nazir sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
Heftelik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatı zamanı deyib.
“Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. 6 ay bundan əvvəl biz Gürcüstanda sizin qonağınız idik. Bu gün siz Azərbaycandasınız. Mən Gürcüstanda olarkən Mtsxeta rayonunda olmuşdum, bu gün siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu çox yaxşı bir ənənədir. Çünki, beləliklə, biz həm Gürcüstanın, həm Azərbaycanın maraqlı tarixi yerləri ilə də tanış oluruq və bu bizim dostluğumuzu daha da gücləndirir”, – dövlət başçısı qeyd edib.