İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5  il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, müəyyən edilmiş müddətin axımı dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır.