Ucar rayonunda Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı Korrupsiyaya qarşı mübarizə üzrə Ucar rayon Komissiyasının iclası keçirilib.
Heftelik.az-ın məlumatına görə, iclası Ucar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının sədri Əliş Cəbrayılov açaraq tədbir iştirakçılarına 2022-ci ildə və 2023-cü ilin 3 ayı ərzində Ucar rayonunda rayon komissiyası ilə əlaqədar qurumlar tərəfindən keçirilmiş tədbirlər və aparılmış maarifləndirmə işləri ilə bağlı məlumat verib.
Ə.Cəbrayılov tədbir iştirakçılarına korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin mütəmadi xarakter almasını, dövlət və bələdiyyə orqanlarının öz internet və sosial şəbəkə səhifələrindən korrupsiyaya qarşı mübarizə ilə əlaqədar xüsusi buraxılışların, ictimai müzakirələrin təşkil edilməsinin, korrupsiya hüquqpozmaları ilə bağlı videoçarxların və bukletlərin hazırlanaraq əhali arasında yayılmasının, dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslərin, büdcə təşkilatlarının, eləcə də tibb və təhsil işçiləri arasında antikorrupsiya davranış modelinin formalaşdırılmasının vacib olduğunu vurğulayaraq qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və zəruri tədbirlərin davam etdirilməsini bildirib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının üzvü Vaqif Mehdiyev, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri, korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının katibi Xəyyam Səmədzadə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Saleh Muştaqov, Ucar Rayon İcra Hakimiyyəti Başçısı yanında ictimai şuranın sədri, rayon komissiyasının üzvü Mirzalı Ağamalıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar Rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Zaur Rüstəmov, Ucar Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Elamin Dibirov çıxışlar edərək korrupsiya hüquqpozmaları, korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması, rayon ərazisində vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri hökumət təşkilatları ilə birlikdə maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsi, korrupsiyaya qarşı rayon komissiyası, əlaqədar qurumlar və yerli özünüidarəetmə orqanları ilə birlikdə il ərzində təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və idarələrdə antikorrupsiya davranış modelinin formalaşması, rüşvətxorluq hallarına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi əhali arasında korrupsiya hüquqpozmaları ilə bağlı ictimai müzakirələrin aparılaraq korrupsiya hüquqpozmaları ilə bağlı videoçarxların, bukletlərin hazırlanaraq əhali arasında geniş yayılmasının təşviq edilməsi barədə iştirakçılara məlumat verilib.
Tədbirdə həmçinin görülmüş işlər barədə rübdə bir dəfə komissiya tərəfindən müzakirələr aparılaraq hesabatların Ucar Rayon İcra Hakimiyyətinin elektron səhifəsində işıqlandırılması nəzərdə tutulmuş, iştirakçıların korrupsiya və rüşvətxorluqla mübarizənin gücləndirilməsi ilə bağlı maarifləndirilmələri təmin olunub.
Tədbirin sonunda korrupsiyaya qarşı mübarizə üzrə Ucar rayon Komissiyanın gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı qərar qəbul edilib.