Bu gün bir çox önəmli məsələlər müzakirə edilmişdir və əldə edilmiş razılaşmalar əsasında biz gələcək fəaliyyətimizi də quracağıq.
Heftelik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatı zamanı deyib. “Təbii ki, Gürcüstan və Azərbaycan Avropanın bu gün enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir, bu rol getdikcə artır. Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir”, – Prezident İlham Əliyev vurğulayıb.