Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini, enerji, ticarət, nəqliyyat və təhlükəsizlik də daxil olmaqla müxtəlif sektorlarda əməkdaşlığı dərinləşdirməyə sadiq olduğunu vurğuladım.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlə bağlı Tvitter paylaşımında qeyd edib.
Hökumət başçısı əlavə edib ki, Gürcüstan və Azərbaycan birlikdə regional çağırışları həll edə və əməkdaşlığı təşviq edə bilər.