Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 2023-cü ilin birinci rübü ərzində ölkə ərazisində 106 müəssisəyə ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün 119 “xüsusi icazə” verib.

Heftelik.az  xəbər verir ki, bu barədə Dövlət Agentliyinin birinci rüb ərzində nüvə və radioloji təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinə dair hesabatında bildirilib.

Qeyd olunub ki, nüvə və radioloji fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulan obyektlərin layihələrinin, bu obyektlərdə tətbiq edilən yeni texnoloji proseslərin və avadanlıqların nüvə və radiasiya təhlükəsizliyinin ekspertizasının həyata keçirilməsi üzrə 8 rəy verilib.