Xaçmazda iki nəfər yanaraq ölüb.
Heftelik.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Yalama kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 2 nəfərin – 60 yaşlı Aslan Tarverdiyevin və həyat yoldaşı, 58 yaşlı Rumayə Tarıverdiyevanın yanmış meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.