Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Hesablama Palatasının rəhbərliyinin və kollektivinin iştirakı ilə aprelin 8-də işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.
Heftelik.az-ın məlumatına görə, ağacəkmə aksiyasında torpaq-iqlim şəraitinə uyğun 200-ə yaxın Eldar şamı əkilib.
Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.