Seçkilərin (referendumun) maliyyələşdirilməsinin Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarını pozmağa görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitlərin xərclənməsi barədə namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları tərəfindən maliyyə hesabatlarının təqdim və ya dərc edilməməsinə görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir.