Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası qaydası açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən,  Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq icra edilir.