Fərdi əmək mübahisələrinin həllini tənzim edən qanunvericilik aktları açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.