Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Müdafiə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.