Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.
Heftelik.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Samir Seyidəhmədli iş karyerasına DVX-da (əvvəlki Vergilər Nazirliyi) 2005-ci ildən başlayıb. Keçən ilin sentyabrında Samir Əhməd oğlu Seyidəhmədli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin I müavini təyin edilib.