Seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma yolverilməzdir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.