Qəbələ rayonunda Yengicə su anbarı tikiləcək.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsqasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməli, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AKənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) Yengicə su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə su anbarının cari və növbəti illərdə tikintisinin maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməlidirlər.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.