Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə onun Azərbaycan Respublikasına gəlməsi Miqrasiya Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onun Azərbaycan Respublikasına gəlməsi ilə bağlı qadağa dərhal götürülür.