Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların, siyasi partiyaların bloklarının və namizədlərin vəkil edilmiş şəxslərinin, müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin tələbi ilə onların tanış olmaları üçün müvafiq seçki komissiyasının sədrləri tərəfindən səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən təqdim edilməməsinə görə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə dərc edilməməsinə görə iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Siyasi partiyaların, siyasi partiyaların bloklarının, namizədlərin və ya qeydə alınmış namizədlərin yazılı formada razılığı olmadan seçkiqabağı nəşr materiallarının hazırlanmasına, yaxud yayılmasına görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.