Hesablama Palatası tərəfindən 2022-ci ildə aparılmış uyğunluq auditləri ilə aşkar edilmiş maliyyə pozuntularının həcmi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında əksini tapıb.
Qeyd edilib ki, maliyyə pozuntularının ümumilikdə məbləği 481,2 milyon manat müəyyən edilib. Bunun 131,3 milyon manatı tədbir müəyyən edilmiş məbləğ, 349,9 milyon manatı isə tədbir (bərpa) üçün əsasların müəyyən edilməsi mümkün olmayan vəsaitdir.
131,3 milyon manatdan isə 46,1 milyon manatının bərpası müəyyən edilib, 85,2 milyon manatı üçün isə digər tədbir müəyyən edilib.