Bağça tərbiyəçilərinin sertifikasiyası üçün normativ sənədin hazırlanması istiqamətində Elm və Təhsil Nazirliyində iş başlayıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.

O bildirib ki, 2026-cı ilə qədər bu proses icra olunacaq.