Qeydiyyatdan keçib gəlməyən uşaqların bağçadan xaric olunması prosedurunun işlənilməsi nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.
O bildirib ki, bunun üçün normativ sənədlərə düzəliş ediləcək:
“Elə etməliyik ki, növbədə dayanan valideynlər uşaqlarını bağçaya yerləşdirə bilsinlər”.