“EuroHome” ticarət mərkəzində mağaza sahibini qətlə yetirməkdə ittiham olunan Rafael və Vüsal Yusubov qardaşlarının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Rafael Əsgərov 18 il, Vüsal Yusubov isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2022-ci ilin iyul ayında Bakı-Sumqayıt şosesində yerləşən “EuroHome” ticarət mərkəzində qeydə alınıb.
Ticarət mərkəzində kombi satışı ilə məşğul olan mağaza sahibi 1993-cü il təvəllüdü Şəmiddin Quliyev iki nəfər tərəfindən qətlə yetirilib.
Qətl törətməkdə təqsirləndirilən Rafael və Vüsal Yusubov qardaşları bir gün sonra saxlanılıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.