Azərbaycan Milli Elmlər Akademiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlərin adları məlum olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Teymur Kərimli və Sərxan Xavərinin namizədlikləri irəli sürülüb.

 

 

 

 

 

***

saat 11.53

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər irəli sürülüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Mətbuat Şurası Azər Həsrət və Aqil Əlsəgərin,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Əzim Talıbov və Həsən Cəfərovun İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizədliklərini irəli sürüb.